DÜNYA


Hindistanda su basmış mədəndəki şaxtaçıların bir aylıq axtarışları nəticə verməyib

Bakı, 14 yanvar, AZƏRTAC

Hindistanın Meqhalaya ştatındakı qanunsuz fəaliyyət göstərən kömür mədənində baş verən qəzadan sonra orada qalan fəhlələrin axtarışları bir aydır nəticə verməyib.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, dekabrın 13-də su basmasının səbəb olduğu qəzadan sonra mədəndə qalan 15 nəfər ilə əlaqə kəsilib. Bu günədək aparılmış axtarış işlərinin gedişində fəhlələrin olduğu yer tapılmayıb. Hadisə yerində xilasedicilərlə yanaşı, geofizika tədqiqatları və hidrologiya institutunun alimləri, dalğıclar, yanğından mühafizə xidmətinin mütəxəssisləri də fəhlələrin axtarışında yaxından iştirak edirlər. Bundan başqa, uzaqdan idarə olunan sualtı cihazlar üzrə ixtisaslaşmış xüsusi qrup da axtarış işlərinə cəlb olunub.

Kiçik təpələrin olduğu ərazidə təxminən 11 metr dərinlikdə yerləşən mədəndə axtarış işləri təbii şərait səbəbindən zəif davam edir. Bir neçə nasos günlərdir yığılmış suyu çəkməklə məşğuldur. Fəhlələrin böyük ehtimalla ölmüş olmasına baxmayaraq, axtarış işləri davam etdirilir.

Bildirilir ki, 2014-cü ildə məhkəmənin qərarı ilə həmin mədəndə qazıntı və hasilat işləri qadağan edilib. Buna baxmayaraq, mədəndə kustar üsulla kömür çıxarılması davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.