DÜNYA


Hindistanda təyyarə qəzasında pilot ölüb

Pekin, 21 sentyabr, AZƏRTAC

Hindistanın Uttar Pradeş ştatında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, təyyarə Azamqarh rayonu ərazisində əkin sahəsinə çırpılıb. İlkin ehtimala əsasən, qəzaya pis hava şəraiti səbəb olub. Hadisə baş verəndə dörd yerlik təlim təyyarəsində, sadəcə, bir pilot olub və elə hadisə yerində ölüb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.