DÜNYA


Hindistanda torpaq sürüşməsi nəticəsində azı 12 nəfər ölüb

Bakı, 13 oktyabr, AZƏRTAC

Hindistanın Orissa ştatında “Titli” siklonunun səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 12 nəfər, o cümlədən 3 uşaq həlak olub, 4 nəfər isə itkin düşüb.

AZƏRTAC “Hindustan Times” qəzetinə istinadla xəbər verir ki, Baraqhara kəndinin 22 sakini təbii fəlakətdən qaçaraq mağaraya sığınıb. Leysan yağışları nəticəsində təpənin yamacında sürüşmə baş verib və 16 nəfər torpağın altında qalıb. Onlardan 12-nin cəsədi aşkarlanıb, 4 nəfərin taleyindən isə xəbər yoxdur.

Ümumilikdə isə “Titli” siklonu Orissa ştatında 21 nəfərin həyatına son qoyub. Ştatın beş sahilyanı dairəsində 300 min insan təxliyə olunub, dövlət müəssisələrinin əksəriyyəti bağlanıb. Yerli hökumət balıqçılara dənizə çıxmamağı tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.