DÜNYA
Hindistanda turist avtobusu qəzaya uğrayıb, azı 16 nəfər ölüb
Bakı, 13 iyun, AZƏRTAC
Hindistanın şimalında turist avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 nəfər həlak olub, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, xəsarət alanların hamısı təcili olaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
İlkin təhqiqatın nəticələrinə əsasən, sürücü idarəetməni itirib və avtobus qarşı hərəkət zolağını ayıran maneəyə çırpılaraq aşıb.
Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ağır yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]
Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib
- 19.04.2024 [14:50]
Latviyada yeni xarici işlər naziri təyin edilib
- 19.04.2024 [14:16]