DÜNYA
Hindistanda vəhşi qəbilədən olan aborigenlər amerikalı turisti öldürüblər
Bakı, 21 noyabr, AZƏRTAC
Şimali Sentinel adasında məskunlaşan və xarici aləmlə əlaqəyə çıxmayan qəbilənin üzvləri amerikalı turisti qətlə yetiriblər.
AZƏRTAC xəbər verir ki, NDTV telekanalının yaydığı məlumata görə, cinayətlə əlaqədar amerikalı turist Con Allen Çonu adaya gətirən 7 balıqçı saxlanılıb. Balıqçılar bildiriblər ki, vəhşi aborigenlər yay və oxlarla amerikalıya hücum edib, sonra onu sahildə quma basdırıblar. Yerli hakimiyyət cəsədin axtarışına helikopterlər göndərsə də, onlar qəbilə üzvlərinin düşmən münasibəti səbəbindən adaya enə bilməyiblər.
Hindistanda missioner fəaliyyəti göstərən amerikalı indiyə qədər Andaman və Nikobar adalarına 5 dəfə səyahət etmişdi və xristianlığı yaymaq üçün sentil qəbilələri ilə görüşməyi arzulayırdı. Şimali Sentinel adalarında məskunlaşan qəbilə üzvlərinin sayı 2011-ci ildə 40 nəfər təşkil edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]