DÜNYA


Hindistanda xəstə və əlil şəxslərin Həcc ziyarətinə getməsinə olan qadağa aradan qaldırılıb

Bakı, 1 noyabr, AZƏRTAC

Hindistanda fiziki cəhətdən əlil olan, habelə bəzi xəstəliklərdən əziyyət çəkən müsəlmanların Həcc ziyarətinə getməsi ilə bağlı qadağa aradan qaldırılıb.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, Dehli Yüksək Məhkəməsində keçirilən iclasda fiziki əlilliyi olan şəxslərin bundan sonra fiziki olaraq qeyri-sağlam hesab edilməməsi qərara alınıb. Bu da öz növbəsində həmin kateqoriyadan olan müsəlmanların Həcc ziyarətinə getməsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb. Məhdudiyyətin tətbiqinə dilənçilik fəaliyyətinin qadağan olunduğu Səudiyyə Ərəbistanında Hindistandan olan iki əlil zəvvarın dilənməsi faktının ortaya çıxması səbəb olmuşdu.

Hindistan Həcc Komitəsi fiziki əlilliyi olan və xəstə möminlərin istəklərinə uyğun olaraq tək və ya yaxın qohumlarının müşayiəti ilə Həcc ziyarətinə getməsinə imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.