DÜNYA


Hindistanda xəstəxanada baş verən yanğında 18 koronavirus xəstəsi ölüb

Pekin, 1 may, AZƏRTAC

Hindistanın Qucarat ştatında COVID-19 pasiyentlərinin müalicə aldığı xəstəxanada baş verən yanğında 18 nəfər ölüb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Bharuç şəhərindəki xəstəxananın COVID-19 pasiyentlərinin yerləşdirildiyi 4-cü mərtəbəsində gecə saat 1:00 radələrində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər xəstəxananın digər mərtəbələrində olan 50 pasiyenti təxliyə ediblər. Onlar ilk olaraq 12 nəfərin meyitini aşkarlayıblar. Axtarış işlərinin gedişində daha 6 meyit tapılıb. Onların bəzisi yanğın xəsarətindən, digərləri isə tüstüdən boğularaq ölüb.

Hələlik yanğının nədən baş verdiyi bilinmir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.