DÜNYA


Hindistanda yanğında azı 43 nəfər ölüb YENİLƏNİB

Pekin, 8 dekabr, AZƏRTAC

Hindistanın paytaxtı Dehlidə kağız fabrikində baş verən güclü yanğında azı 43 nəfər ölüb.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, yanğın yerli vaxtla səhər 5:22-də paytaxtın Anac Mandi bölgəsində baş verib. Dərhal hadisə yerinə 30 yanğınsöndürən avtomobil, təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Xilasedicilər 69 nəfəri xilas edə biliblər. Onlar arasında yaralılar və tüstüdən zəhərlənənlər var. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Bir neçə saat ərzində yanğın söndürülüb.

İlkin ehtimala əsasən yanğına elektrik xətlərində yaranan qısaqapanma səbəb olub. Fabrikin müxtəlif sexlərində 200-dən çox işçinin gecələdiyi bildirilir. Bu səbəbdən ölü və yaralı sayının çoxalması istisna edilmir. Hazırda axtarış işləri aparılır.

Şəxsi “Tvitter” səhifəsində yanğını son dərəcə dəhşətli hadisə kimi qiymətləndirən Hindistanın Baş Naziri Narendra Modi yazıb: “Düşüncələrim yaxınlarını itirənlərlədir. Yaralananların tezliklə sağalmasını arzulayıram”.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.