DÜNYA


Hindistanda yol-nəqliyyat hadisəsi nəticəsində azı 14 nəfər həlak olub

Bakı, 11 may, AZƏRTAC

Hindistanda avtobusun cip markalı avtomobillə toqquşması nəticəsində azı 14 nəfər həlak olub.

AZƏRTAC PTI informasiya agentliyinə istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Andhra-Pradeş ştatının Karnul dairəsində baş verib. Hadisə zamanı yaralanan daha 6 nəfər xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, cip qarşı zolağa çıxıb və yüksək sürətlə hərəkət edən avtobusla toqquşub. Polis həlak olanların sayının arta biləcəyini istisna etmir.

Hadisənin səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.