DÜNYA


Hindistanda yük maşını evə girib, yeddi nəfər həlak olub

Bakı, 1 yanvar, AZƏRTAC

Hindistanda mal-qara daşıyan yük maşını yolun kənarındakı evə girib. Nəticədə dördü uşaq olmaqla yeddi nəfər həlak olub.

AZƏRTAC “New Indian Express” saytına istinadla xəbər verir ki, hadisə yüksək sürətlə hərəkət edən yük maşınının sürücüsünün müvazinətini itirməsi nəticəsində baş verib. Həmin vaxt onu polis maşını təqib edirmiş.

Hindistanda yolların pis vəziyyətdə olması və ehtiyatsızlıq səbəbindən tez-tez ağır qəzalar baş verir. Rəsmi statistikaya görə, hər gün ölkədə yol qəzaları nəticəsində 400 insan həlak olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.