DÜNYA


Hindistanda zəvvarları aparan avtomobil dərəyə aşıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Hindistanın şimalında zəvvarları aparan avtomobilin 150 metr dərinlikdə dərəyə aşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb. Bu barədə “Times of India” nəşri məlumat yayıb. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə Uttarkaşi şəhərində baş verib. Furqondakı zəvvarlar Himalayda yerləşən Qanqotri məbədindən qayıdırmışlar. Sərnişinlərdən birinin sözlərinə görə, hansısa anda “avtomobil qəfildən yoldan çıxıb”. Avtomobildə 13 zəvvar olub. Ölənlərdən 8-i zəvvar, 1-i sürücüdür. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin dəqiq səbəbi araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.