REGİONLAR


Hindistanın Azərbaycandakı səfiri İsmayıllıya səfər edib

İsmayıllı, 12 sentyabr, AZƏRTAC 

Hindistanın ölkəmizdəki səfiri Bavintlunq Vanlalvavna regionlarla tanışlıq məqsədilə İsmayıllıya gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqla keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov İsmayıllının sosial-iqtisadi inkişafının bütün istiqamətlərində qazanılan uğurlar, sənaye potensialı, xüsusilə təhsil sahəsində ardıcıl və sistemli olaraq əldə edilən nailiyyətlər, turizm imkanları, rayonun qədim tarixi, coğrafiyası, etnoqrafiyası və zəngin milli tərkibi barədə danışıb.

Hindistanla Azərbaycanın əlaqələrinin qədim tarixi olduğunu deyən səfir vurğulayıb ki, bu gün daha səmərəli, daha işgüzar əlaqələr yaratmalıyıq. Təhsil, mədəniyyət sahələrində əlaqələrimiz möhkəmləndikdən sonra iqtisadi əlaqələri, qarşılıqlı investisiya qoyuluşunu nəzərdən keçirə bilərik.

Qonaqlar sonra “Azərxalça” ASC-nin İsmayıllı xalça fabrikində, Sumağallı kəndindəki “Arzu” qadın inkişaf qrupu icmasında, şəhər Mədəniyyət Mərkəzində, “Talıstan Forest Park”da, Hacıhətəmli turizm kompleksində olublar.

Daha sonra hindistanlı səfir ailəsi ilə birgə Lahıc qəsəbəsinə yollanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.