CƏMİYYƏT


Hindistanın Bakıdakı səfirliyi 8-ci Beynəlxalq Yoqa Gününə start verib

Bakı, 25 may, AZƏRTAC

İyunun 21-də Azərbaycanda 8-ci Beynəlxalq Yoqa Günü (IDY 2022) qeyd olunacaq.

Beynəlxalq Yoqa Gününə həsr olunmuş tədbirlərə start verilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilmiş tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri səfiri Bavitlunq Vanlalvavnanın sözlərinə görə, səfirlik müxtəlif yoqa məktəbləri və dövlət qurumları ilə əməkdaşlıq edərək 21 iyun Beynəlxalq Yoqa Günü ərəfəsində Bakıda və Azərbaycanın bir sıra region mərkəzlərində yoqa tədbirləri təşkil edəcək.

Yoqa tədbirləri Bakıda və onun ətrafında yerləşən məşhur məkanlarda – Qobustan, Atəşgah, Yanardağ, İçərişəhər və Heydər Əliyev Mərkəzinin parkında təşkil olunacaq. Bundan başqa, regional gənclər mərkəzləri ilə birgə Sumqayıt, Lənkəran və Qubada da yoqa tədbirləri keçiriləcək.

Yoqa müəllimləri Kənan Məmmədov (Art of Living), Elçin Quliyev (Klassik Yoqa Məktəbi), Səbinə Şahi (Yoga Shahi Studio), Ruqiya Əşrəfli (Ruchira Yoga Space), Lalə Xancanova və Preeti Ullas sözügedən yoqa seanslarına rəhbərlik edəcəklər.

İlk iki sessiya mayın 26 və 30-da Nərimanov rayonu, Olimpiya küçəsi, 6A ünvanında yerləşən Hindistan səfirliyində keçiriləcək.

Yoqa proqramları haqqında ətraflı məlumatı səfirliyin facebook (facebook.com/indiainazerbaijan) və Twitter (twitter.com/indembassybaku) səhifələrində ala bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.