İQTİSADİYYAT


Hindistanın İKT sahəsində investisiyasının Azərbaycana cəlbi istiqamətində iş aparılır

Bakı, 1 iyul, AZƏRTAC

Hindistanın İKT sahəsində investisiyasının Azərbaycana cəlb edilməsi istiqamətində iş aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

O bildirib ki, Hindistan İKT sahəsində inkişaf etmiş ölkədir. Ölkələrimizin İKT sahəsində fəaliyyət göstərən şirkətləri arasında bir sıra görüşlər keçirilib. Məqsəd həmin şirkətlərin ölkəmizdə fəaliyyət göstərməsi, investisiyaların cəlbi və Azərbaycanda habın qurulmasıdır. İstərdik ki, Azərbaycanda Hindistanın İKT sahəsində təcrübəsi tətbiq olunsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.