DÜNYA
Hindistanın İrandakı səfirliyi qarşısında aksiya keçirilib
Tehran, 9 avqust, AZƏRTAC
İranlı tələbələr Hindistanın nəzarəti altında olan Kəşmir məntəqəsində müsəlmanların qətlə yetirilməsinə etiraz olaraq, bu gün həmin ölkənin Tehrandakı səfirliyi önündə aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, əllərində plakatlar tutmuş aksiyaçılar Yeni-Dehlinin müsəlmanlara qarşı hərəkətlərini pisləyiblər. Onlar bu siyasətin dayandırılmasını tələb ediblər.
İranlı tələbələr, habelə beynəlxalq təşkilatların Hindistanın nəzarəti altında olan Kəşmir məntəqəsindəki müsəlmanların vəziyyətinə diqqət ayırmağı tələb ediblər. Qeyd olunub ki, Hindistan uzun illərdir Kəşmirin bəzi məntəqələrini öz nəzarəti altına alıb və on minlərlə müsəlman həlak olub.
Kəşmir əhalisi bölgənin statusunun təyin edilməsi üçün referendumun keçirilməsi haqda BMT Təhlükəsizlik Şurası qətnamələrinin icra edilməsini istəyir. Hindistan hökuməti isə daim bu fikirlərə qarşı çıxır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]
Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub
- 23.04.2024 [14:25]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [14:23]
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]