DÜNYA
Hindistanın "Paytm" ödəmə xidməti son iki həftədə 8 milyon yeni istifadəçi qeydə alıb
Bakı, 26 noyabr, AZƏRTAC
Hindistanın "Paytm" ödəmə xidməti ölkə hökumətinin 500 və 1000 rupi nominallı əsginasların dövriyyədən çıxarılması barədə elanından sonra iki həftə ərzində 8 milyon yeni istifadəçi qeydə alıb.
AZƏRTAC "banks.eu" saytına istinadla xəbər verir ki, hazırda saytda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 158 milyon nəfərə çatıb. Hindistan sakinləri ənənəvi olaraq nağd puldan istifadə etməyə üstünlük verirlər, ölkədə 1,2 milyard nəfərin isə bank hesabları yoxdur. Hökumətin bu addımı ölkədə rəqəmsal pul kisələrinin qəbulunu xeyli dərəcədə artıracaq.
Ölkədə korrupsiyanın səviyyəsini və saxta pulların sayını azaltmaq üçün, həmçinin vergidən yayınma ilə mübarizədə Hindistanın baş naziri 2000 rupi nominal dəyərində olan köhnə əsginasların yenisi ilə dəyişdirilməsi barədə qərar qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]