REGİONLAR


Hindistanın məşhur “Indian Ocean” musiqi qrupu Sumqayıtda VİDEO

Sumqayıt, 14 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Hindistanın məşhur “Indian Ocean” musiqi qrupu Sumqayıtda dənizkənarı bulvarda geniş konsert proqramı ilə çıxış edib. Konsert Hindistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkələrimiz arasında diplomatik münasibətlərin 25 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində reallaşıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov qonaqları salamlayaraq, şəhərdə həyata keçirilən sosial-iqtisadi layihələr barədə ətraflı məlumat verib. Natiq belə tədbirlərin keçirilməsini xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyəti olduğunu vurğulayıb.

Hindistanın Azərbaycandakı səfiri Sancay Rana mədəni tədbirlərin keçirilməsini təqdirəlayiq hesab edib. Bildirib ki, bu cür tədbirlər ənənəyə çevrilib və mədəni-yaradıcılıq sahəsində mübadilə, eləcə də ölkələrin mədəni nailiyyətlərini əks etdirmək baxımından əhəmiyyətlidir.

Vurğulanıb ki, hər iki ölkənin mədəniyyət sahəsindəki münasibətləri qədim köklərə söykənir. Diplomat gələcəkdə də bu kimi tədbirlərin təşkilində maraqlı olduğunu diqqətə çatdırıb.

Konsertdə bir-birindən maraqlı ecazkar musiqi nömrələri ifa olunub. Müasir rokun, klassik Hind cazının, xalq musiqisinin vəhdəti şəhər sakinləri tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.