DÜNYA


Hindistanın şərqində ildırım 27 nəfərin həyatına son qoyub

Bakı, 8 iyun, AZƏRTAC

Hindistanın şərqində yerləşən Qərbi Benqaliya ştatında son 24 saat ərzində azı 27 nəfər ildırım vurması nəticəsində həlak olub.

AZƏRTAC “The Times of India” qəzetinə istinadla xəbər verir ki, ölüm halları ştatın altı dairəsində qeydə alınıb. Həyatını itirənlərdən üçünün qadın olduğu bildirilir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisəyə fövqəladə xidmətlərin yüksək təhlükə səviyyəsi elan etmələrinə baxmayaraq, insanların əkin sahələrində işləməsi səbəb olub.

Qərbi Benqaliya hökuməti həlak olanların ailələrinə başsağlığı verib, həmçinin ştat əhalisini regionda davam edən leysan yağışları və ildırımlı hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.