DÜNYA


Hindistanın şərqində maoçularla atışmada üç polis əməkdaşı həlak olub

Bakı, 22 iyun, AZƏRTAC

Hindistanın şərqindəki Odişa ştatında maoçularla toqquşmada mərkəzi ehtiyat polisinin üç əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, “The Pioneer” qəzetinin məlumatına görə, polislər Nuapada rayonunda ekstremistlərin pusqusuna düşüb. Maoçular onları avtomat silahlarla və əldəqayırma qumbaraatanlarla atəşə tutub. Bu, son üç ildə maoçuların Odişa ştatında həyata keçirdiyi ilk hücum olub.

Hindistanda daha çox naksalitlər kimi tanınan maoçular 1960-cı illərdən bəri ölkədə silahlı basqınlar həyata keçirir. Maoizm və marksizm-leninizmin öz versiyalarını təbliğ edən maoçular hazırda Hindistanın 28 əyalətindən 14-də fəaliyyət göstərir. Naksalitlər kasıb kəndliləri “kapitalist zülmündən” qurtarmaq niyyətində olduqlarını iddia edərək çox vaxt yerli əhalinin dəstəyini qazanır. Onlar bir neçə il öncə Nepaldan Cənubi Hindistana qədər uzanan qırmızı dəhlizdə “kapitalistlərdən azad” zonalar yaratmaq vədi vermişdilər.

Hindistan hakimiyyəti maoçuları əsas daxili təhlükələrdən biri hesab edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.