CƏMİYYƏT


Hipertoniya - “sakit qatil”

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Dünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Dünya Arterial Hipertoniya Günü qeyd edilir. Hipertoniyanı “sakit qatil” adlandırırlar.

AZƏRTAC xəbər verir ki, hipertoniyada açıq simptom yoxdur, yüksək arterial təzyiqdən başqa, o həyati əhəmiyyətli orqanlara – beyin, ürək, qan damarları, gözlərin torlu qişası və böyrəklərə zərər vurur.

Arterial hipertenziya – arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması halıdır. Arterial hipertenziya birinci və ikinci dərəcəli olur. Birinci dərəcəli arterial hipertenziya zamanı hipertoniya ayrıca bir xəstəlik sayılır və onun əsas və aparıcı əlaməti arterial təzyiqin qalxmasıdır. İkinci halda isə arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.