CƏMİYYƏT


Hipertoniyadan əziyyət çəkənlərin mütəxəssisə müraciət etməsi tövsiyə olunur

Bakı, 13 avqust, AZƏRTAC

Hipertoniya orqanizmdə qan təzyiqinin normadan yuxarı olması problemidir. Bu xəstəlik çox zaman simptomsuz keçir. Onu görə də insanlar adətən qan təzyiqinin yuxarı olduğunu hiss etmirlər. Qan təzyiqinin yüksək olması yalnız xüsusi müayinələrdən sonra aşkar edilir.

AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, normadan yuxarı olan qan təzyiqi baş ağrısı, əzginlik şəklində özünü büruzə verir. Ağrılar ənsə nahiyəsindən başlayır. Müəyyən müddətdən sonra görmədə problemlər yarana bilər. Əgər qan təzyiqinin yüksəlməsi uzun müddət davam edərsə, hipertonik ensofalopatiya əlamətləri - ürəkbulanma, qusma ola bilər.

Hipertoniya böyrək çatışmazlığı, beyin-qan dövranının pozulması və digər sağlamlıq problemləri ilə nəticələnir. Bu səbəbdən mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.