CƏMİYYƏT


Hirkan Milli Parkında baş verən yanğın söndürülüb

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 27-də saat 23:00 radələrində Lənkəran rayonunun Şovu kəndinin yaxınlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli Parkının ərazisinə keçib. Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğının dik yamacboyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.

Yanğının başvermə səbəbləri araşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.