CƏMİYYƏT
Hirkan Milli Parkında ilk veloyürüş keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycanın Dövlət Bayrağı və Konstitusiya günləri ilə əlaqədar noyabrın 11-də Hirkan Milli Parkında “Velosiped sürək, ətraf mühiti qoruyaq” devizi altında ilk veloyürüş keçirilib. Yürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının, Respublika Olimpiya Velosiped məktəbinin nümayəndələri və həvəskar velosipedçilər iştirak ediblər. Üç yüz qırx dörd velosipedçinin qatıldığı tədbirdə 10 kilometr məsafə qət olunub. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hirkan Milli Parkının direktoru Azər Mirzəyev bildirib.
O qeyd edib ki, veloyürüşün keçirilməsində məqsəd milli parklarda ekoturizmin inkişafına nail olmaq, insanları ətraf mühitin qorunması, sağlamlaşdırılması tədbirlərinə dəstək olmağa çağırmaq, sağlam həyat tərzini və sağlam istirahət günü ənənəsini təbliğ etməkdir. Hamıya tövsiyə edirəm ki, yaşından asılı olmayaraq velosiped sürsün, sağlam həyat yaşasın. Sağlam bədən sağlam ətraf mühitdə formalaşır, ona görə də sağlam olmaq üçün hamı velosiped sürsə yaxşıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]