DÜNYA


Hiroşima Xatirə muzeyinin yenilənmiş eksponatları KİV nümayəndələrinə təqdim edilib

Tokio, 9 mart, AZƏRTAC 

Hiroşima şəhərinin Xatirə muzeyi özünün yenilənmiş eksponatlarını kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim edib.

AZƏRTAC xəbər verir ki, təqdim edilən yenilənmiş eksponatlar “Hiroşima avqustun 6-da” adlı şöbədə yerləşdirilib. ABŞ hərbiçiləri tərəfindən Hiroşimaya atom bombası 1945-ci ilin məhz həmin günündə atılıb.

Nümayiş etdirilən eksponatlar arasında bombardman qurbanlarının şəxsi əşyaları, həmçinin partlayış nəticəsində xarabalığa çevrilən arxitektura tikililərinin fraqmentləri yer alıb.

Bölmələrdən birində partlayışın insanlara təsirini əks etdirən eksponatlar toplanıb. Buraya partlayış günü fabrikdə iş üçün səfərbər edilmiş məktəblilərin hadisə yerində qalan üst və baş geyimləri də daxildir.

Muzeyin əsas binasının iki il davam edən bərpa işlərindən sonra, aprelin 25-də ziyarətçilər üçün açılacağı bildirilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.