DÜNYA


Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi olacaq

Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi olacaq

Qahirə, 29 noyabr, AZƏRTAC

Çadın sabiq xarici işlər naziri Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni Baş katibi olacaq. Nigerin paytaxtı Niameydə başa çatmış İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasının iştirakçıları onun namizədliyini dəstəkləyib. Yeni Baş katib səlahiyyətlərinin icrasına 2021-ci ilin noyabrında başlayacaq.

AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən İƏT-in hazırkı Baş katibi Yusif Əl-Osaymin xələfini təbrik edib. Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Faysal bin Fərhan nazirlər adından Hissein Brahim Tahanı təbrik edərək ölkəsinin ona hər cür dəstək göstərəcəyini deyib. O, təşkilatın fəaliyyətində böyük xidmətlərinə görə Yusif Əl-Osayminə təşəkkürünü bildirib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.