İDMAN


“Hitech Grand Prix”in pilotu Yuri Vips Formula 2 yarışlarının sıralanma turunda fərqlənib

Bakı, 10 iyun, AZƏRTAC

“Hitech Grand Prix” komandasının estoniyalı pilotu Yuri Vips Bakıda keçirilən Formula 2 yarışında sıralama turunun qalibi olub.

AZƏRTAC xəbər verir ki, “Carlin” komandasının üzvü Liam Louson ikinci, “Prema Racing”in pilotu Dennis Hauqer üçüncü yeri tutublar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Qırx beş dəqiqə davam edən sərbəst yürüş “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Yuri Vipsin qələbəsi ilə başa çatıb. İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar.

İyunun 11-də saat 13:30-da sprint, ertəsi gün saat 11:05-də isə əsas yarış keçiriləcək. Sprint yarışında pilotlar 21, əsas yarışda isə 29 dövrə vuracaqlar.

On dörd mərhələdən ibarət yarışa noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş beş yarışın nəticəsinə görə, pilotların sıralamasına “MP Motorsport” komandasının üzvü Felipe Druqoviç 113 xalla başçılıq edir. Komandaların sıralamasında isə “MP Motorsport” 135 xalla birincidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.