Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Ho Şi Min - Vyetnamda Fransa müstəmləkəçiliyinə qalib gələn lider

Pekin, 19 may, AZƏRTAC

Vyetnam xalqı mayın 19-da ölkənin sabiq prezidenti Ho Şi Minin anadan olmasının 131-ci il dönümünü qeyd edir. Prezident Ho Şi Min Vyetnam xalqının müstəmləkəçilik və xarici işğalçılara qarşı, habelə azadlıq və müstəqillik uğrunda mübarizəsində çox böyük rol oynayıb.

AZƏRTAC Vyetnamı xalqının azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qısa nəzər salır.

Vyetnam onilliklərlə Fransanın müstəmləkəsi olub. Həmin dövrdə Fransa vyetnamlılara qarşı böyük qəddarlıq nümayış etdirib. 1945-ci ildə Vyetnam xalqı Ho Şi Minin rəhbərliyi altında fransızlara qarşı hərbi mübarizəyə qalxıb və 9 il davam edən müharibə Vyetnam xalqının qələbəsi ilə nəticələnib.

Müstəmləkəçilər fransızlar ilə vyetnamlılar arasında son dərəcə düşmən və ayrı-seçkilik siyasəti həyata keçirirdilər. Ho Şi Min “Fransız müstəmləkəçiliyi mühakimə olunur” (1925) adlı əsərində avropalılar və yerli sakinlər arasında inzibati və hüquqi ayrı-seçkilik uçurumunu ifşa edir, fransızların mütləq hökmdar kimi hökmranlıq etdiklərini, vyetnamlılara qarşı olduqca qəddarlıqla davranaraq onları heç bir məhkəmə qərarı olmadan qətlə yetirdiklərini bildirirdi.

Fransız müstəmləkəçilər öz hakimiyyətlərini qorumaq məqsədilə “parçala və hökm sür” siyasətini həyata keçirirdilər. Bununla yanaşı, ədalət mühakiməsi sistemi tam olaraq fransızların maraqlarına xidmət edir, onların iştirakı ilə baş verən istənilən cinayətlər, o cümlədən yerli sakinlərin öldürülməsi barədə işlər üzrə qərarlar hər zaman fransızların xeyrinə verilirdi. Bununla yanaşı, on minlərlə vyetnamlı “qan vergisi” ödəyicisi olaraq Fransanın dünyanın müxtəlif yerlərində apardığı müharibələrə məcburi olaraq əsgər qismində cəlb olunurdu, buna etiraz edənlərin ailələrinə qarşı isə vəhşiliklər törədilirdi.

Vyetnam xalqının “maarifləndirilməsi” prosesində fransızlar həbsxanalardan və qilyatinadan geniş istifadə edirdilər. Bu gün muzey kimi istifadə edilən Hanoy həbsxanasında nümayiş etdirilən fiqurlar müstəmləkə dövründə fransızlar tərəfindən vyetnamlılara qarşı tətbiq edilən işgəncələri nümayış etdirir.

İqtisadi cəhətdən Fransanı zənginləşdirmək üçün Vyetnamın təbii ehtiyatlarını istismar etmək məqsədilə fransız müstəmləkəçiləri Vyetnamda iki iqtisadi islahatları, daha doğrusu iqtisadi istismar layihələrini həyata keçiriblər. Birincisi 1897-1914-cü illərdə, digəri isə 1919-1929-cu illərdə həyata keçirilən bu proseslər Vyetnamın təbii ehtiyatlarının talan olunmasına, ölkə iqtisadiyyatının ağır duruma düşməsinə, əhali arasında aclığın və xəstəliklərin geniş yayılmasına gətirib çıxarmışdı. Ən yaxşı əkinçilik əraziləri müstəmləkəçilərin və onların tərəfdaşlarının əlində cəmləşmişdi və kəndlilərin əksəriyyəti aclığa məruz qalmışdı. İkinci Dünya müharibəsi zamanı taxıl anbarlarının düyü ilə dolu olmasına baxmayaraq, təxminən 2 milyon vyetnamlı aclıqdan ölüb.

Aşağıdakı mənbə 1930-1933-cü illərdə Fransız Hind-Çinindəki müstəmləkə repressiyası və vəhşiliklərə dair bir fransız hesabatındandır: “Bu yerli nümayişlərdən sonra baş verən isterik repressiya böyük qəddarlıqlara səbəb oldu. Kütləvi həbslər baş verdi və işgəncə, mətbuatın yazdığına görə, xüsusilə elektrik işgəncəsi tətbiq olunurdu. Andree Viollisin sözlərinə görə, cəza növlərinə qida məhdudiyyəti, bastinado (ayaq altına zərbələr), dırnaqların altına vurulmuş sancaqlar, yarım asma, sudan məhrum etmə, gözlərin çıxarılması və çap olunması mümkün olmayan digər üsullar daxil idi. Əsasən Xarici Legion və Müstəmləkə Legionundan olan piyadalar daha qəddar idilər. Vəhşiliyin izahı xoş deyil, vəhşiliyi açıqlamaq isə faydalı bir təbliğat növü deyil. Ancaq legionerlərdən bəzilərinin 1933-cü ilin iyununda Hanoydakı məhkəmə prosesində həddindən artıq qəddarlıq tətbiq etdikləri ifşa olunub”.

Həmin məhkəmədə hakim və fransız zabitlər arasındakı dialoqa diqqət yetirək:

“Leytenant Lemoanne: Bütün məhbusları öldürmək üçün komendant Lambertin əmrlərini aldım. Bəzi hallarda, kommunistləri açıq cinayətdə tutdum və dərhal öldürdüm.

Hakim: Məhbuslara işgəncə verdiniz?

Lamoanne: Bu, əhaliyə təsir etmək üçün idi.

Kapitan Doucin: 8/10/30-un 280-ci gizli mesajında dəqiq bir təlimat verildi, açıq cinayətdə yaxalanan hər bir kommunistin edam edilməsinə dair əmr verildi ... Mən qanlı işlərin edildiyini yaxşı bilirəm. Bəs, kim vuruldu? Kommunistlər! Yaxşı, yetərincə vurulmadığını düşünürəm. Bu, mənim fikrim ...

Hakim [Legioner Palovskiyə]: Siz məhkumları edam etmək üçün təlimat almısınızmı?

Palovski: Bəli, bundan sonra bizi təbrik edən Mösyö Robinin göstərişi: Tres bien! Davam edin!"

Qeyd olunan məhkəmədə təqsirləndirilən fransız hərbçilərə bəraət verilib.

Bütün bunlara dözə bilməyən Vyetnam xalqı 1945-ci ildə fransız müstəmləkəçilərinə qarşı mübarizəyə qalxdı. Bu müharibə dövründə öncədən nümayiş etdirilən fransız amansızlığı daha da şiddətli hal almışdı. Buna baxmayaraq, Vyetnam xalqı 1954-cü ildə Dien Bien Fudakı qələbə ilə fransız müstəmləkəçiliyinə son qoydu.

Digər millətlərin başına ağlasığmaz zülmlər gətirmiş, böyük haqsızlıqlar etmiş, milyonlarla insanları qətlə yetirmiş və bir çoxlarına zülm etmiş Fransanın bu gün təcavüzkar Ermənistanın tərəfini tutması, əlləri uşaq və qadınların qanına bulaşmış Ermənistan siyasətçilərinin istənilən bəyanatlarını Fransa rəsmiləri tərəfindən sözbəsöz təkrarlamaları yuxarıda qeyd olunan tarixi hadisələr nəzərə alınmaqla artıq təəccüblü gəlmir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Azərbaycanın Mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir

Paytaxtın bir sıra yollarında tıxac yaranıb

Azərbaycan xalqı öz lideri ilə qürur duyur və onun ətrafında sıx birləşib

Ukrayna və ABŞ birgə müdafiə ekosistemi yaradacaq

Meksikada bir evdə 5 kişi meyiti tapılıb

Yaponiyada güclü zəlzələ baş verib

Ohayo ştatında aerotaksi istehsal edən zavod tikiləcək

NATO-dan ABŞ-a “Çin” məsləhəti

Bayden “Abrams” tanklarının gələn həftə Ukraynaya çatdırılacağını bildirib

Argentinada yük maşını aşıb, 7 hərbçi həlak olub

Qaradağ və Səbail rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Albaniya Avropada ən böyük neft tədarükçüsü olmağa ümid edir

ABŞ Ukraynaya 325 milyon dollar dəyərində daha bir hərbi yardım paketi göndərir

“Buker” ədəbiyyat mükafatının qısa siyahısında 6 əsər yer alıb

Avropa İttifaqı Qərbi Balkan ölkələrini dəstəkləməklə bağlı öhdəliyini təkrarlayıb

Moldova KİV-ləri Prezident İlham Əliyevin xalqa müraciətinə yer ayırıb

Ceyhun Bayramov: Azərbaycan Qarabağ bölgəsinin erməni sakinlərinin hüquq və azadlıqlarının təminatına zəmanət verilməsində qətiyyətini bir daha təsdiqləyir

Nazir: Ermənistanın beynəlxalq hüquqazidd əməllərini ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadə cəhdləri qəti şəkildə rədd edilməlidir

Ceyhun Bayramov: Ermənistanın təxribatçı addımları sülh müqaviləsi üzrə danışıqları xoş məramla aparmadığını nümayiş etdirdi VİDEO

Nazir: Antiterror tədbirləri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxladığı silahlı hərbiləşmənin miqyasını nümayiş etdirib VİDEO

Ceyhun Bayramov: Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyinə hörmət tələblərinin pozulmasıdır VİDEO

Qurban Qurbanov: Komanda çox güc sərf etdi, sonunda istədiyinə nail oldu

Azərbaycan Ordusu Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi

Tahir Gözəl: Bu qələbə bizə lazım idi

“Molde” klubunun baş məşqçisi: Rəqib qələbəyə layiq idi

Xarici İşlər Nazirliyi Cozep Borrelin bəyanatına cavab verib

Bakı Böyük Dəbilqə turniri ərəfəsində Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib

Ukraynanın nüfuzlu KİV-ləri Prezident İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb

UEFA Avropa Liqası: “Qarabağ” matçı qələbə ilə başa vurub

“Qarabağ” komandası “Molde” ilə oyunda hesabı açıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Banklar Assosiasiyası arasında memorandum imzalanıb

Azərbaycan ilə Polşa arasında əməkdaşlıq məsələləri və regionda mövcud vəziyyət müzakirə edilib

Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib

Azərbaycan və Ruanda hökumətləri arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb

Azərbaycan Prezidentinin xalqa müraciəti dünya mətbuatında geniş işıqlandırılıb

Küveyt və Ərəb Elektron Media Birlikləri Qarabağda qanunsuz erməni hərbi birləşmələrinin təxribatlarını pisləyib

Vaja Şubitidze: Azərbaycan Prezidenti Qarabağda tarixi ədaləti bərpa etdi

Ərəb ölkələrinin mediası: Azərbaycan Qarabağda öz suverenliyini bərpa edib

“Qarabağ”- “Molde” oyunu başlayıb

Azərbaycan ilə Niderland arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb

YAP-ın iki rayon təşkilatına yeni sədrlər təyin olunub

Siyasi şərhçi: Yevlax görüşü Qarabağdakı separatizmin, terrorçuluğun sonunun gəldiyini göstərir

Bakıda Asiya Parlament Assambleyasının daimi komitəsinin iclası keçirilib

“Azəriqaz” İstehsalat Birliyində Neftçilər Günü qeyd edilib

Baş Prokurorluq Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı istintaq aparır

Adil Əliyev: Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır

Türkiyə yığması Montella ilə müqavilə bağlayıb

Prezident İlham Əliyevin xalqa müraciəti və Azərbaycanın antiterror tədbirləri Rusiya KİV-inin diqqət mərkəzindədir

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib VİDEO

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilib

Sənan Süleymanov erməni güləşçiyə qalib gələrək finala yüksəlib və olimpiadaya lisenziya qazanıb

“Qarabağ”-“Molde” matçının start heyəti açıqlanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində təşkil olunan qəbulda iştirak edib

Uşaq musiqi məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Qozlukörpü yaşayış məntəqəsi ərazisindəki mülki təyinatlı obyektdə sursat anbarı aşkarlanıb VİDEO

İran mətbuatı Azərbaycanın lokal antiterror tədbirindən yazıb

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

Azərbaycan-Gürcüstan FM radiosu Gürcüstanın bütün ərazilərində yayımlanacaq

Nikol Paşinyan regiondakı gərgin şəraitdə xalqı sülhə dəyər verməyə çağırıb

Papa Fransisk: Dünya nüvə müharibəsinin astanasındadır

Cənubi Qafqazda yeni siyasi düzənin formalaşması Prezident İlham Əliyevin adı ilə bağlıdır - ŞƏRH

Narkomaniyaya qarşı maarifləndirici tamaşa nümayiş etdirilib

Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərindən sonra minalar zərərsizləşdirilir

Şirvanda tədbir: “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır

® "Unibank" özünüməşğulluq layihəsi çərçivəsində daha 5 vətəndaşa dəstək olub

Cənub regionunda aqroturizmin təşviqi ilə bağlı tədbirlər keçirilir

İşçinin əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib

2027-ci ilin sonuna xarici dövlət borcunun ÜDM-in 6,8 faizi həcmində olacağı proqnozlaşdırılır

ADA Universiteti: Böyük Qayıdışla bağlı layihənin icrasına başlanılıb

Mingəçevirdə fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Şərqşünas alimin Qarabağda antiterror tədbirləri haqqında məqaləsi Misir mətbuatında yayımlanıb

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Sentyabrın 22-nə olan USD/AZN rəsmi məzənnəsi

Dmitri Peskov: Qarabağın mənsubiyyəti məsələsi həll olunub

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

İlin sonuna əsas kapitala olan investisiyalarda 7,7 faiz artım proqnozlaşdırılır

Sumqayıtda STEAM və İnnovasiyalar Mərkəzi fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sisteminin daha güclü formada qurulması üçün dövlət və özəl sektorun səmərəli əməkdaşlığı ön plana çıxır

Azərbaycan Stolüstü tennisçiləri “WTT Youth Contender” turnirində daha 4 medal qazanıb

Umida Teşabayeva: Özbəkistan Milli Kitabxanası uzun illərdir Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlıq edir

Milyarder Lauder rəssam Şilenin əsərlərini nasistlərin qətlə yetirdiyi kolleksiyaçının varislərinə geri qaytaracaq

Azərbaycanın Rus İcması: Bizim rəşadətli, şanlı Ordumuz qısa müddətdə Qələbə çalıb və separatçıları kapitulyasiyaya məcbur edib

® “OBA” müştəriləri üçün “Qənaətin vaxtıdır”

İtaliyalı tədqiqatçı: Azərbaycan Qarabağ ermənilərinin dinc yaşayışını təmin edəcək

Sözü imzası qədər dəyərli olan Azərbaycanın bölgədə yaratdığı reallıqlar - ŞƏRH

AYNA: Parklanma üçün 129 486 nəfər mobil tətbiq yükləyərək qeydiyyatdan keçib

İndoneziya Azərbaycan ilə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsində maraqlıdır

DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək

Gənc Tamaşaçılar Teatrı Qusarda azyaşlı tamaşaçıları “Qırmızı papaq"la sevindirib

TKTA mənzil təsərrüfat xidməti üzrə mütəxəssislərə sertifikatlar verib

Azərbaycan Milli Kitabxanasının 100 illiyi münasibətilə keçirilən beynəlxalq elmi-praktik konfrans başa çatıb

Bu il proqnozlaşdırılan orta illik inflyasiyanın 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir

Milli Kitabxana “Beynəlxalq Sülh Günü” adlı virtual sərgi hazırlayıb

Yaponiya nəşri: Qarabağdakı erməni qüvvələri tam şəkildə tərk-silah olmağa razılıq veriblər

® “Qara və Xəzər dənizi Logistika” forumu

XİN: Fransa xarici işlər nazirinin açıqlamaları bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib

İlqar Aslanov: Qazaxıstanla oyunda qalib gəlsək, şansımız daha da artacaq

Maliyyə Nazirliyi: 2024-cü ildə də manatın məzənnəsi sabit qalacaq