DÜNYA
Hokkaydo adasında temperatur rekordu qeydə alınıb
Bakı, 26 may, AZƏRTAC
Bazar günü Yaponiyanın Hokkaydo adasında may ayı üçün görünməmiş istilər qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, ölkənin milli meteoroloji idarəsinin yaydığı məlumata görə, Saroma qəsəbəsində havanın temperaturu 39,5 dərəcəyədək yüksəlib. Həmçinin adanın cənubundakı dağlıq rayonda yerləşən Obixiro şəhərində temperatur son 127 illik rekordu yeniləyib. Günorta orada hava 38,8 dərəcəyədək qızıb. Sinoptiklər qeyd edirlər ki, Hokkaydo üçün hətta yay ayları üçün xarakterik olmayan yüksək hərarət isti küləklər və buludsuz havada parlaq günəş şüaları nəticəsində yaranıb.
Yaponiyanın digər rayonlarında da isti hava müşahidə olunur. Tokioda gündüz termometr 32 dərəcəni, qonşu Saytama prefekturasında isə 35,8 dərəcəni göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]