DÜNYA


Hokkaydo prefekturasındakı heyvanxanada ayının gözündə katarakta əməliyyatı aparılıb

Tokio, 6 noyabr, AZƏRTAC 

Yaponiyanın Hokkaydo prefekturasında yerləşən heyvanxanada 10 il əvvəl görmə qabiliyyətini itirmiş Asiya qara ayısının gözündə aparılan katarakta əməliyyatı nəticəsində o, sağalıb.

AZƏRTAC xəbər verir ki, Nobita adlı ayı Hokkaydo prefekturasının Noboribetsu şəhərindəki heyvanxanada yaşayır. Onun gözündə əməliyyat iyunda Rakuno Qakuen Universitetinin və heyvanxananın baytar həkimləri tərəfindən Ebetsu şəhərində aparılıb.

Baytar həkimlərin sözlərinə görə, əməliyyat uğurla başa çatıb və ağırlaşma verməyib.

Heyvanxananın əməkdaşları bildiriblər ki, Nobita hazırda heç bir çətinlik çəkmədən yeməyini tapır və ətrafda baş verənləri izləyir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.