İDMAN


Hokkenhaymda Formula 1 yarışlarına qayıtmağa hazırdırlar

Bakı, 21 yanvar, AZƏRTAC

Bu il Formula 1 çempionatının təqvimində Almaniya Qran-Prisi yer almayıb. 2019-cu ildə “Mercedes” şirkəti Qran-Prinin keçirilməsi ilə bağlı maliyyə xərclərini öz üzərinə götürmüşdü. Lakin bu, alman şirkətinin avtomobil yürüşlərində iştirakının 125 illiyinə həsr edilmiş birdəfəlik aksiya idi.

AZƏRTAC xəbər verir ki, avtodrom 2020-ci il mövsümü üçün sponsorlar tapa bilməyib. Maraqlıdır ki, deyilənlərə görə, Almaniyada cəmi 16 milyon dollar tapa bilməyiblər, Səudiyyə Ərəbistanı Qran-Prisinin keçirilməsinə isə təşkilatçılar ildə 65 milyon dollar ödəməyə hazırdır.

Formula 1-dən imtina edən Hokkenhaymrinqin sahibləri musiqi festivallarının və digər kütləvi tədbirlərin keçirilməsinə diqqətlərini yönəltsələr də, onlar kiminsə vəsait ödəyəcəyi təqdirdə yürüşlərə qayıtmağa hazırdırlar.

“Formula 1 üçün qapılar daim açıq olacaq, gələcəkdə yürüşlər qayıda bilər. Bu, maliyyə şəraitindən asılı məsələdir”, - deyə idarəçi şirkətin rəhbəri Tomas Rayster bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.