İQTİSADİYYAT


“Hökumət buludu”na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

“Hökumət buludu”na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycanda daha 5 dövlət qurumunun “Hökumət buludu”na (“G-cloud”) keçidi ilə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-dən AZƏRTAC-a bildirilib ki, MMC-nin “Azcloud Hökumət Həlləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” üzrə dəyirmi masalar davam edir. Bu dəfə “Hökumət buludu”na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Auditorlar Palatası və Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri ilə görüşlər təşkil olunub.

Görüşdə “Hökumət buludu Konsepsiyası”na aid aktlaşdırma, audit, ehtiyat mərkəzində keçidlərin yoxlanması, resurslar və digər məsələlər barədə iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, cari ildə “Hökumət buludu”na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.