ELM VƏ TƏHSİL
Hökumətlərarası təqaüd proqramlarına dair internet səhifəsi istifadəyə verilib
Bakı, 3 iyul, AZƏRTAC
Hökumətlərarası təqaüd proqramlarına (HTP) dair internet səhifəsi (http://htp.edu.az) istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məqsəd ictimaiyyətin HTP çərçivəsində müxtəlif ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində təqaüd proqramları ilə bağlı düzgün və mütəmadi məlumatlandırılmasını təmin etməkdir.
İstifadəçilərin rahatlığını təmin etmək üçün yaradılmış yeni internet səhifəsi “HTP haqqında”, “Təqaüd ölkələri”, “Tələbələr”, “Məzunlar”, “Elektron xidmətlər” və “Əlaqə” bölmələrindən ibarətdir. Bu bölmələrə daxil olmaqla aidiyyəti üzrə ətraflı məlumat əldə etmək mümkündür. Həmçinin sözügedən internet səhifəsi mobil telefon və planşet istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb. Bununla yanaşı, HTP-nin “Facebook” səhifəsi də istifadəyə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]