İQTİSADİYYAT
Holcim (Azərbaycan) ASC qabaqcıl təcrübədən yararlanır
Bakı, 23 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
“BakuBuild-2015”, 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisində onun daimi iştirakçılarından olan Holcim (Azərbaycan) ASC də ziyarətçilərə öz məhsullarını nümayiş etdirir.
Şirkətin təmsilçisi Rəna Tahirova AZƏRTAC-a müsahibəsində deyib ki, sement zavodu müştərilərini yüksək keyfiyyətli sementlə təmin etmək üçün qabaqcıl təcrübədən yararlanır və bu məqsədlə məhsullarının satışı və paylanması sistemini müntəzəm olaraq təkmilləşdirir.
Onun sözlərinə görə, şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatın əksər hissəsini ödəyir. Hazırda Holcim (Azərbaycan) ASC-nin istehsalı olan sementdən irimiqyaslı tikinti işlərində, o cümlədən qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur. Eyni zamanda, “Holcim” şirkətinin reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir.