CƏMİYYƏT


Hollandiya-Belçika Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropaya səfər çərçivəsində Haaqa şəhərində Hollandiya və Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında iştirak edib. Yiğıncaqdan əvvəl nümayəndə heyəti Azərbaycan səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təsis yığıncağında səfirliyin nümayəndələri, təşkilat rəhbərləri, azərbaycanlı gənclər və digər qonaqlar iştirak ediblər.

Koordinasiya Şurasının yaradılması təşəbbüsünü müsbət dəyərləndirən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun yeni inkişaf istiqamətləri ilə bağlı məlumat verib. Bildirib ki, diasporun qarşısında duran ən başlıca məsələ təşkilatların birgə fəaliyyətinə nail olmaq, diaspor fəaliyyətini koordinasiya etməkdir. Avropanın bir sıra ölkələrində, diaspor təşkilatları tərəfindən artıq Koordinasiya Şuralarının formalaşdırıldığını qeyd edən Komitə sədri deyib ki, yalnız koordinasiya olunan birgə fəaliyyət, təşkilatların bir-biri və Dövlət Komitəsi ilə sıx əməkdaşlığı nəticəsində hədəflərə çatmaq mümkündür. Dövlət Komitəsi də birgə, kollegial qərarlara daha çox üstünlük verəcək.

Hollandiya və Belçikadakı diaspor təmsilçiləri də müasir dövrdə təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayaraq vahid şurada birləşməklə və gələcək perspektivlərlə bağlı öz fikirlərini bildiriblər. Həmçinin müvafiq Koordinasiya Şurasının yaradılması və əlaqələndirici şəxsin seçilməsi ilə bağlı təkliflər səsləndirilib.

Görüşdə Hollandiya-Belçika Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib. Yığıncaqda “EuroAzNL” təşkilatının rəhbəri Emil Əliyev və “Ana vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva (Gündoğdu) Koordinasiya Şurasının əlaqələndirici şəxsləri seçiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.