MƏDƏNİYYƏT
Hollivud aktrisası Enn Heçe avtomobil qəzasına düşüb
Bakı, 6 avqust, AZƏRTAC
Məşhur Hollivud aktrisası Enn Heçe avtomobil qəzası nəticəsində ağır yanıq xəsarətləri alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qəza Los-Ancelesin Mar-Vista bölgəsində günorta saatlarında baş verib. Aktrisa mavi rəngli “Mini Cooper” markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib və maşın yaşayış kompleksinin qarajına çırpılıb. Sakinlər aktrisanı maşından çıxarmağa çalışarkən avtomobil sürətlə geriyə doğru hərəkət edib və yaşayış evinə çırpılaraq yanğına səbəb olub. Yanğın genişmiqyaslı olduğu üçün bütün binanı bürüyüb. Nəticədə aktrisa Enn Heçe ağır yanıq xəsarəti alıb.
Qeyd edək ki, həkimlərin verdiyi məlumata görə aktrisanın vəziyyəti hələ ki, ağır olaraq qalır.