MƏDƏNİYYƏT


Hollivud aktyoru Uill Smit “Cin” obrazında...

Bakı, 11 fevral, AZƏRTAC

Hollivud aktyoru Uill Smitin iştirakı ilə Qay Riçinin “Ələddin” tammetrajlı filminin treyleri yayımlanıb. Filmin bu ilin yazında ekranlara çıxması planlaşdırılıb. Aktyor burada insan cildində deyil, göy rəngli “Cin” obrazındadır. Onun bu cür dəyişməsi internet məkanı istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

AZƏRTAC xəbər verir ki, videoçarx fevralın 11-nə keçən gecə “Grammy-2019” musiqi mükafatının 61-ci təqdimat mərasimində nümayiş etdirilib.

Ötən ilin dekabrında filmin ilk kadrları internetdə yayıldıqdan sonra bəzi istifadəçilər Qay Riçinin layihəsində (“Kartlar, pullar, iki silah”) Uill Smitin oynadığı “Cin”in xarici görünüşündən narazı qalmışdılar. Belə ki, 1992-ci ilin orijinal ekran əsərinin pərəstişkarları onların sevimli qəhrəmanının “göy rəngdə olmamasına” diqqət yetiriblər. İkiqat “Oskar” mükafatı laureatı olan aktyor isə, öz növbəsində, populyar personajın dərisi ilə bağlı tamaşaçıları sakitləşdirməyə, onun mütləq göy rəngdə olacağına inandırmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.