İDMAN


“Honda” 2021-ci ildən sonra Formula 1-dən ayrıla bilər

Bakı, 5 mart, AZƏRTAC

Formula 1-in iştirakçılarından “Red Bull” və “Alfa Tauri” komandalarını mühərriklə təmin edən “Honda” müştəriləri ilə hələ ki, yeni müqavilə bağlamayıb.

AZƏRTAC xəbər verir ki, ona görə də Yaponiya şirkətinin 2021-ci ildən sonra bu yarışlardan ayrılacağını ehtimal etmək olar.

“Honda”nın Formula 1 üzrə nümayəndəsi Masasi Yamamoto mətbuata açıqlamasında deyib: “Hazırda “Red Bull”la danışıqlar aparılsa da, hələ ki, konkret razılıq əldə olunmayıb. Formula 1-in ölçü vahidi azarkeşlərdir. Onların yarışa marağı azalsa, bu layihədən ayrılacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.