DÜNYA


“Honda” 31 mindən çox avtomobili geri çağırır

Pekin, 29 oktyabr, AZƏRTAC

Yaponiyanın tanınmış avtomobil brendi olan “Honda” Çin bazarından 31 min 660 avtomobili hava yastıqlarındakı qüsurlara görə geri çağırır.

AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2013-2015-ci illərdə istehsal edilən “Ciimo”, “Elysion” və “Spirior” modelləridir. Bildirilir ki, həmin avtomobillərdəki Yaponiyanın “Takata” şirkəti tərəfindən istehsal olunmuş təhlükəsizlik yastıqları düzgün açılmaya və hətta açılarkən avtomobilin ön sırasında əyləşənləri ölümcül yaralaya bilər. Nasaz yastıqlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

Qeyd edək ki, “Takata” təhlükəsizlik yastıqları ucbatından dünyada bir neçə nəfər ölüb və yaralanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.