DÜNYA


“Honda” avtokonserni ilk təyyarəsini sınaqdan çıxarmışdır VİDEO

Bakı, 30 iyun (AZƏRTAC). Yaponiyanın “Honda” avtokonserni özünün ilk HondaJet təyyarəsini yay sınağından çıxarmışdır.

AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, təyyarənin 84 dəqiqəlik test uçuşu “Honda Aircraft” kompaniyasının yerləşdiyi ABŞ-ın Şimali Karolina ştatında keçirilmişdir. “Yaxın gələcəkdə biz bazara dünyada ən mükəmməl yüngül təyyarə çıxara biləcəyik”, - deyə kompaniyanın direktoru Mitimasa Fudzino sınaqların nəticəsi barədə danışarkən qeyd etmişdir.

HondaJet Yaponiyada özəl kompaniya tərəfindən dövlət yardımı olmadan hazırlanmış ilk təyyarədir. Bu miniatür təyyarə göyərtəsinə cəmi 8 sərnişin götürə bilir. Bununla belə, saatda 770 kilometr sürətlə və 13 kilometr yüksəklikdə uçmağa qadirdir.

Gələn il satışa çıxarılacağı gözlənilən təyyarənin qiyməti təqribən 4,5 milyon dollardır. İndiyədək konsern HondaJet üçün 100-dən çox ilkin sifariş almışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.