DÜNYA


Honkonq elit fransız şərabları üçün əsas bazara çevrilib

Bakı, 27 may, AZƏRTAC

2018-ci ilin nəticələrinə əsasən, Honkonq elit fransız şərablarının əsas idxalçısı olub.

AZƏRTAC “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, Fransanın cənub-qərbində eyni adlı üzümçülük regionunda istehsal olunan Bordo şərablarının ixracatının 16 faizi bu şəhərin payına düşür. Honkonq Bordo şərablarının idxalına görə, Çinin materik hissəsini qabaqlayıb. Ötən il Çinin bu xüsusi administrativ rayonuna ümumi dəyəri 327 milyon dollar həcmində olan 10 milyon şüşə şərab ixrac edilib.

Bununla yanaşı, ötən il Çinin materik hissəsində Bordo şərabının satışı 22 faiz aşağı düşüb. “Bordeaux Wine Councik” təşkilatının rəhbəri Alan Siçel bunu ABŞ-la ticarət müharibəsi fonunda iqtisadi inkişaf tempinin zəifləməsi və istehlakçı etibarının azalması ilə izah edir. Həmçinin analitiklərin fikrincə, Çinin materik hissəsində saxta alkoqollu məhsullar çox olduğu üçün imkanlı çinlilərin əksəriyyəti şərabı Honkonqdan almağa üstünlük verir.

Qeyd edək ki, 2008-ci ildə yerli hakimiyyət şəraba 40 faizə çatan bütün idxal rüsumlarını və aksiz vergisini ləğv edib. Həmin dövrdən bəri Çinin bu xüsusi administrativ rayonu Asiyada seçmə şərab markalarının ən böyük ticarət meydançasına çevrilib, həmçinin Nyu-York və Londonla yanaşı, dünyanın əsas şərab ticarəti mərkəzi üçlüyünə daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.