DÜNYA


Honkonq hakimiyyəti ekstradisiya barədə qanun layihəsini rəsmən geri çağırıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Honkonq hakimiyyəti yayın əvvəlindən başlayaraq kütləvi etirazlara səbəb olan ekstradisiya barədə qanun layihəsinin Qanunverici orqandan geri çağırılması üzrə rəsmi proseduru həyata keçirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı yerli administrasiyanın təhlükəsizlik məsələləri üzrə katibi Con Li qanunverici məclisin çərşənbə günü keçirilən iclasında açıqlayıb.

Beləliklə, etirazçıların beş əsas tələbindən biri yerinə yetirilib.

Honkonq icra hakimiyyətinin rəhbəri Kerri Lam qanun layihəsini oktyabrın 16-da parlamentin işi bərpa olunduqdan sonra geri götürəcəyini vəd etmişdi. Lakin müxalifətin bais olduğu xaos səbəbindən iclas təxirə salınmışdı.

Xatırladaq ki, iyun ayında cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunması barədə qanun layihəsinin qəbuluna göstərilən cəhdlərdən sonra Honkonqda kütləvi etiraz aksiyaları başlayıb. Bir çox hallarda iğtişaşa çevrilən nümayişlər küçələrin bağlanması, yanğın törədilməsi halları və metro stansiyalarında vandalizm aktları ilə müşayiət olunub.

Etirazçılar, həmçinin aksiyalar zamanı həbs olunan bütün iştirakçıların azad edilməsi və Honkonqun seçki sisteminin demokratikləşməsi də daxil olmaqla daha dörd tələb irəli sürür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.