DÜNYA


Honkonq “omikron” ştamına görə 100-dən çox ölkənin vətəndaşlarına tranzit uçuşlara qadağa qoyub

Pekin, 15 yanvar, AZƏRTAC

Çinin Honkonq xüsusi inzibati ərazisinin hökuməti COVID-19 virusunun “omikron” ştamı ilə əlaqədar 100-dən çox ölkənin vətəndaşlarının Honkonq hava limanından tranzit uçuşuna qadağa qoyub.

AZƏRTAC Honkonq hökumətinin məlumatına istinadla xəbər verir ki, qadağa yanvarın 16-dan etibarən bir ay ərzində qüvvədə olacaq. Qərar “omikron” ştamının Honkonqda yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Şəhər hökumətinin qərarı ilə xüsusi karantin rejiminin daha 14 gün müddətinə (fevralın 3-dək) uzadılmasına qərar verilib. Bu rejimdə restoranların iş vaxtına qoyulan məhdudiyyət, kinoteatrların, idman zallarının və gözəllik salonlarının fəaliyyətinə tətbiq olunan qadağalar aiddir.

Qeyd edək ki, Honkonqda aşkarlanan yoluxmaların çoxu, adətən, xaricdən gələnlərlə bağlı olub. Paralel olaraq şəhərdə COVID-19 virusuna qarşı vaksinasiya da davam edir. Ötən ilin fevralında başlayan vaksinasiya prosesi çərçivəsində peyvənd yaşında olan sakinlərin 75,8 faizinə (5,11 milyon) ən azı bir doza, 70 faizinə isə hər 2 doza vaksin vurulub. Təxminən 625 min sakin isə “buster” dozanı qəbul edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.