DÜNYA
Honkonq sakinləri Çinlə paralel ticarətə qarşı etirazlara başlayıb
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Honkonqun 30 mindən çox sakini Syönsyöy rayonunda Çinin materik hissəsi ilə paralel ticarətə qarşı etiraz aksiyalarına başlayıb.
AZƏRTAC RTHK telekanalına istinadla xəbər verir ki, etirazçılar hakimiyyətdən paralel ticarətin rayonun həyatına mənfi təsirinə göz yummamağı tələb edir. Onların sözlərinə görə, paralel ticarət səbəbindən şəhərdə daşınmaz əmlakın qiyməti artıb və gigiyenik şərait ağırlaşıb.
Paralel ticarət uzun illərdir ki, Çinin materik hissəsi ilə sərhəddə yerləşən rayonlarda geniş tətbiq olunur. İstənilən ticarətçi Honkonqdan az miqdarda mal alaraq Çində sata bilir. Bunun üçün rüsum ödəmək və icazə almaq lazım gəlmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [13:24]
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
- 29.03.2024 [13:17]
Yunanıstanda 6 bal gücündə zəlzələ olub
- 29.03.2024 [13:08]
Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər
- 29.03.2024 [13:02]
Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir
- 29.03.2024 [12:52]
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
- 29.03.2024 [12:06]
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
- 29.03.2024 [11:26]