DÜNYA


Honkonqda avtomobil qəzasında 5 nəfər ölüb, 34 adam yaralanıb

Pekin, 30 noyabr, AZƏRTAC

Çinin Honkonq xüsusi inzibati ərazisində baş verən avtomobil qəzasında ən azı 5 nəfər ölüb, 34 nəfər yaralanıb.

AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, yerli vaxtla səhər 5:00-da avtomobil marşrut avtobusu ilə toqquşub. Qəza nəticəsində 3 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada ölüb. Xəstəxanalara yerləşdirilən yaralıların 8-nin vəziyyəti ağırdır.

Qəza avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin bir neçə saat dayanmasına səbəb olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.