DÜNYA
Honkonqda separatçı partiyanın fəaliyyətinə qadağa qoyulub
Bakı, 24 sentyabr, AZƏRTAC
Çindən ayrılmaq üçün mübarizə aparan Honkonq Xalq Partiyasının fəaliyyətinə qadağa qoyulub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, qərar Honkonqun Təhlükəsizlik Bürosu tərəfindən qəbul olunub. Hakimiyyət orqanlarının məlumatına görə, partiya zorakılığa əl atmasa da, milli təhlükəsizliyə birbaşa təhdid yaradır.
Qanunvericiliyə əsasən, qadağan olunmuş təşkilatı maliyyələşdirən və onun tədbirlərində iştirak edən şəxs 20 min Honkonq dolları həcmində cərimələnə və ya bir il müddətinə həbs oluna bilər.
Partiyanın lideri Endi Çan təşkilatın qadağan olunması barədə rəsmi qərar qəbul olunana qədər şərh verməkdən imtina edib.
Bu, Böyük Britaniyanın Honkonqu Çinə təhvil verdiyi 1997-ci ildən bəri fəaliyyəti qadağan olunan ilk partiyadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]