DÜNYA


Honkonqda yaşayış binasında baş verən yanğında 7 nəfər ölüb

Pekin, 16 noyabr, AZƏRTAC

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış binasında baş verən yanğında 7 nəfər ölüb, 10 nəfər bədən xəsarəti alıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, yanğın noyabrın 15-də axşam saatlarında binadakı Nepal restoranında baş verib. Hadisə baş verən zaman restoranda Asiyanın bəzi ölkələrində qeyd olunan Divali festivalı ilə əlaqədar şənlik keçirilirmiş.

Yanğın təxminən 2 saat sonra nəzarət altına alınıb. Bildirilir ki, ölənlərin əksəriyyəti Nepaldan olan miqrantlardır. Ölənlərdən 1-i uşaqdır. Yaralılardan 7 nəfərinin vəziyyəti ağırdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.