İQTİSADİYYAT


Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub

Bakı, 15 fevral, AZƏRTAC

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin ümumi uzunluğu 100 kilometrdir. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Horadiz-Ağbənd dəmir yolunun strateji əhəmiyyətindən danışan dövlətimizin başçısı qeyd edib ki, bu yol azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.