REGİONLAR


Horadiz-Bakı avtomobil yolunun kənarına 1500 ədəd qoz tingi əkilib

Füzuli, 16 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Füzuli rayonunda keçirilən ağacəkmə aksiyasında Horadiz-Bakı avtomobil yolunun kənarlarına 1500 ədəd qoz tingi əkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada ictimaiyyət nümayəndələri və sakinlər fəal iştirak ediblər. Tinglərin suvarılması üçün su maşınları cəlb olunub, yaşıllıqlara qulluq göstərilib.

Füzuli Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonun işğaldan azad olunmuş ərazisində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində minlərlə çinar, həmişəyaşıl ağac və gül kolları əkilib. Ümumilikdə isə son yeddi ildə rayon ərazisində 20 mindən çox çinar, 10 min Eldar şamı, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 25 min dekorativ kol, 80 minə yaxın çəkil ağacı, 100 mindən çox qızılgül əkilib. Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına diqqət yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.