REGİONLAR


Horadiz qəsəbəsində əsgər və zabitlər üçün Novruz şənliyi təşkil edilib

Horadiz, 16 mart, Nəriman Həsənzadə, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) hərbi hissələrin şəxsi heyətinə hamilik yardımının həyata keçirilməsi ilə bağlı qərarına uyğun olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Füzuli rayonunun Horadiz qəsəbəsindəki “N” saylı hərbi hissəsinin əsgər və zabitləri üçün Novruz bayramı münasibətilə mədəni kütləvi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, hərbi hissədə keçirilmiş görüşdə əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışına ümummilli lider Heydər Əliyevin “Azərbaycan ordusu dövlət müstəqilliyimizin dayağıdır” sözləri ilə başlayıb. Bildirilib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük irəliləyiş, inkişaf baş verib. Hazırda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuzun güclənməsi istiqamətində də uğurlu siyasət həyata keçirilir.

M.Cəfərzadə vurğulayıb ki, AHİK-in və ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təşəbbüsü ilə hər il əlamətdar günlərdə hərbi hissələrdə əsgərlərlə görüşlərin təşkil edilməsi gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük təkan verəcək. Bildirilib ki, əsgərlərə bayram sovqatı ilə bərabər, müxtəlif ləvazimatlar da gətirilib.

Çıxışlarda qeyd edilib ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, orduda da Novruz bayramı böyük təntənə ilə qeyd edilir. Azərbaycan Ordusu lazımi döyüş hazırlığına malikdır və qarşısına qoyulan hər bir tapşırığı yerinə yetirməyə qadirdir.

Tədbirdə çıxış edən sərhədçilər Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Respublikasının dövlət sərhədlərini qorumaqdan şərəf və qürur duyduqlarını bildiriblər. Onlar ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına, işğal altındakı torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin təşkil ediləcəyinə əminlik ifadə ediblər.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin həmkarlar ittifaqı təşkilatlarının özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramı ilə davam etdirilib.

Həmçinin komitənin əməkdaşları Cəbrayıl rayonunun şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində olub, məktəbin müəllim-şagird heyəti ilə görüşüblər. Şagirdlərə bayram hədiyyələri və dərs ləvazimatları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.