CƏMİYYƏT


Horadiz şəhər sakinini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 28 yanvar, AZƏRTAC

Ötən il oktyabrın 16-da Füzuli rayonunun Horadiz şəhəri ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

Füzuli Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla rayon sakini 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin həmin tarixdə Horadiz şəhərində yerləşən “OBA” marketin qarşısındakı insanların ünvanına yüksək səslə nalayiq ifadələr işlətməsinə görə ona iradını bildirən Şükür Əhmədova heç bir əsaslı səbəb olmadan bıçaqla xəsarət yetirərək qəsdən öldürdüyü müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Zamin Mehdiyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.